LERİK, 21 sentyabr. TELEQRAF

Lerik rayonunun ucqar dağ kəndinə qar yağıb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, ilk qar rayonun dağlıq ərazisində yerləşən Orand kəndinə düşüb.

Xatırladaq ki, Orand kəndi dəniz səviyyəsindən 2493 metr yüksəklikdə yerləşir.