TOVUZ, 18 sentyabr. TELEQRAF
Tovuz rayonunda daha bir ölüm hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Eyyublu kəndində qeydə alınıb.
1970-ci il təvəllüdlü Elxan Məmmədovun meyiti su arxının kənarında aşkar edilib.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb
***
10:54
Tovuz rayonunda 17 yaşlı şəxsin meyiti tapılıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, rayonun Qalaboyun kənd sakini 2008-ci il təvəllüdlü İsmət Nağıyevin yaşadığı evin həyətində meyiti tapılıb.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.