AĞDAM, 13 sentyabr. TELEQRAF

Ağdamda baş vermiş qəzada xəsarət alanların kimliyi məlum olub.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, xəsarət alanlar - Əliyev Nəbi (sürücü), Əliyev Pərviz və Əmirov Mübarizdir.

Qeyd edək ki, xəsarət alanların minik avtomobilin sürücüsü və sərnişinləridir.

***

21:13

Minik avtomobili traktora çırpılıb, xəsarət alanlar var.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə Bərdə-Ağdam magistralının Ağdam rayon ərazisində baş verib.

"Hunday" markalı minik avtomobilinin traktora çırpılması nəticəsində üç nəfər xəsarət alıb.

Xəsarət alanlarla bağlı TƏBİB-dən bildirilir:

Yol-nəqliyyat hadisəsi ilə əlaqədar 13.09.2025-ci il tarixində saat 18:30 radələrində 3 nəfər (kişi cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Müvafiq şöbələrdə müalicələri davam etdirilən pasiyentlərdən 1-nin vəziyyəti ağır, 2-nin vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.