BAKI, 4 sentyabr. TELEQRAF
Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası olub.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə rayonun Maştağa qəsəbəsi ərazisində baş verib.
Məlumata görə, Tofiq Zeynalov “Ford Tranzit” markalı avtomobillə Maştağa-Buzovna yolu ilə Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olan zaman yolu soldan sağa keçmək istəyən piyada 1991-ci il təvəllüdlü Əsgərova Elnurə Həbulla qızını vurub.
Nəticədə E.Əsgərova aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.
İstintaq aparılır.