BAKI, 4 sentyabr. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Cənubi Muğan kanalının Biləsuvar rayonunun Nərimankənd kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə Teleqraf-a qurumun mətbuat xidmətindən bildirilib.
Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
09:03
Biləsuvarda yeniyetmə çaya yıxılaraq boğulub.
Teleqraf-ın məlumatına görə, Biləsuvar rayonunun Nərimankənd kəndində bədbəxt hadisə baş verib.
Kənd sakini, 2008-ci il təvəllüdlü Quluzadə İqbal İlqar oğlu axşam saatlarında körpüdən keçərkən kanala yıxılıb.
Hadisə nəticəsində o, suda boğulub.
Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.