SAATLI, 18 iyul. TELEQRAF
Saatlı rayonu ərazisində Araz çayında çimərkən boğulan yeniyetmənin cəsədi tapılıb.
Teleqraf-ın yerli bürosunun xəbərinə görə, günorta saatlarında qeydə alınan hadisə zamanı Saatlı rayon sakini 2012-ci il təvəllüdlü Ramazanlı Kənan Xəqani oğlu Araz çayında çimərkən suda boğulub.
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Aparılan axtarışlar zamanı onun meyiti batdığı yerin yaxınlığında tapılıb.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Saatlı rayon Şöbəsi üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
***
15:04
BAKI, 18 iyul. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə Araz çayının Saatlı şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, Saatlı şəhər sakini, 2012-ci il təvəllüdlü Kənan Xəqani oğlu Ramazanlı Araz çayında çimərkən suda boğulub.