BAKI, 28 iyun. TELEQRAF

Goranboy rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, Goranboy rayonunun Hazırəhmədli kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin tavanı 12m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.