LERİK, 28 iyun. TELEQRAF

Lerik rayonunun Zərdəbərə kəndində qonşuluqda yaşayan qohumlar arasında baş vermiş münaqişə ilə bağlı hazırda rayon polis şöbəsində araşdırma aparılır.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Teleqraf-ın Cənub bürosunun sorğusuna cavab olaraq bildirilib.

Təyin edilmiş ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.

***

14:08

Lerik rayonunda 35 yaşlı qadın qonşuları tərəfindən döyülüb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə Lerik rayonunun Zərdəbər kəndində baş verib.

Kənd sakini, 35 yaşlı Talkobova Pərvanə Yusif qızının qonşuları – Ruslan və Orxan Əliyev qardaşları tərəfindən döyüldüyü iddia olunur.

Bu barədə zərərçəkənin həyat yoldaşı Rizvan Əliyev məlumat verib.

Xəsarət alan qadın Təcili Tibbi Yardım avtomobili ilə Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırma aparılır.