BAKI, 9 iyun. TELEQRAF
Bu gün 11:45 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2010 və 1953-cü il təvəllüdlü iki nəfər (kişi cinsli) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlara başın təpə nahiyəsinin dərin kəsilmiş yarası və dəqiqləşdirilməmiş travması diaqnozu təyin edilib.
"Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir", - məlumatda qeyd edilib.
Məryəm Surxay
***
11:54
GORANBOY, 9 iyun. TELEQRAF
Goranboyda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Goran yolunda qeydə alınıb.
"KİA Sorento" markalı avtomobilin aşması nəticəsində Aslan Məmmədov və onun nəvəsi Nicat Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Avtomobildə bir ailədən daha üç nəfər olub. Xoşbəxtlikdən onlar xəsarət almayıblar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.