BAKI, 3 iyun. TELEQRAF
Bərdə rayonunda orta məktəbdə faciəli hadisə baş verib.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, iyunun 2-də saat 12 radələrində Bərdə şəhərinin ərazisində yerləşən 5 saylı tam orta məktəbin üçüncü mərtəbəsindən Qaradağlı kənd sakini, 2010-cu il təvəllüdlü Z.Şəldizadə sinif otağının pəncərəsindən yıxılıb.
Xəstəxanaya yerləşdirilmiş şagirdin vəziyyəti qənaətbəxşdir.