BAKI, 3 iyun. TELEQRAF

Daşkəsən rayonunda şirkətlərdən birində bir nəfər qəfil ölüb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, iyunun 2-də Daşkəsən şəhərinin ərazisində yerləşən “Star Minin” MMC-də işləyən Samux rayon sakini 1965-ci il təvəllüdlü Gündüz Əmirah oğlu Qasımov qəflətən ölüb.

Faktla bağlı araşdırma aparılır.