BAKI, 29 may. TELEQRAF

Bakının Yasamal rayonunda avtomobildə meyit tapılıb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, mayın 28-də rayonun M.Həsənov küçəsi ev, 16 ünvanın qarşısında sahibsiz, dövlət qeydiyyat nişanları olmayan “Hyundai” markalı avtomobilin içərisində Bərdə rayon sakini 1984-cü il təvəllüdlü Rəşad Arzu oğlu Məmişovun meyiti aşkar olunub.

Onun tüfeyli həyat tərzi sürdüyü müəyyən edilib.

R.Məmişovun üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.