LƏNKƏRAN, 5 may. TELEQRAF

Lənkəran rayonunda qadın yıxılaraq vəfat edib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə Liman şəhərində baş verib.

1965-ci il təvəllüdlü Tərcubə Hüseyn qızı Babayeva yaşadığı evin həyətində yıxılıb. O, aldığı xəsarətdən vəfat edib.

İlkin araşdırma zamanı məlum olub ki, T.Babayeva astma xəstəliyindən əziyyət çəkirmiş və səhhətinin qəfil pisləşməsi səbəbindən yıxılıb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.