
BAKI, 14 fevral. TELEQRAF
Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 87 m² olan 3 otaqlı mənzilin eyvanında 1 ədəd paltaryuyan, qaz sobası və su qızdırıcısı yanıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yüksək temperaturdan plastikdən ibarət qapı-pəncərə və 1 ədəd sayğac qismən qarsalanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.