Sumqayıtda 2 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Sülh və Koroğlu prospketlərinin kəsişməsində qeydə alınıb.
Orxan Bağırlı idarə etdiyi “Mercedes” markalı avtomobillə piyadalar, şəhər sakinləri, 1961-ci il təvəllüdlü Gülxanım Əliyeva və 1968-ci il təvəllüdlü Yeganə Məmmədovanı vurub.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.