Sumqayıtda 75 yaşlı piyadanı avtomobil vuraraq öldürüb.

Teleqraf.com “Report”a istinadla xəbər verir ki, hadisə Sülh prospektində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 1949-cu il təvəllüdlü Kifayət Əli qızı Məmmədovanı avtomobil vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.