Göygöl rayonunun Quşqara kənd yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Teleqraf.com xəbər verir ki, “Niva” markalı avtomobil 1980-ci il təvəllüdlü Rəqsanə Səfərovanı vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.