Zaqatalada iki avtomobilin toqquşması nəticəsində ölənlərin sayı artıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a bildirilib ki, Yuxarı Tala kəndi ərazisində “VAZ-21013” markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Zaur Heydərovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolayrıcında dayanan “Chevrolet” markalı nəqliyyat vasitəsinə çırpılıb.
Nəticədə sürücü və sərnişini, 1993-cü il təvəllüdlü Samir Həsənov xəstəxanada ölüb, digər sərnişin Ramil Əliyev isə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb.
***
18:38
Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Zaqatalanın Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com Azərtac-a istinadən xəbər verir ki, “VAZ 2107” və “Niva-Chevrolet” markalı avtomobillər toqquşub. İlkin məlumatlara görə, qəzaya səbəb nəqliyyat vasitələrinin sürət həddini aşması olub.
Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolu bir müddət bağlı qalıb. Lakin hadisə şahidlərinin köməyi ilə nəqliyyat vasitələri yoldan kənarlaşdırılıb və magistralda hərəkət bərpa olunub.
Qəza yerinə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Briqadası cəlb edilib. İki nəfərin hadisə yerində öldüyü, daha bir neçə nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.
Hazırda hadisə yerində araşdırmalar aparılır.