Balakən rayonunda yanğın qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Balakən rayonunun Hənifə kəndində ümumi sahəsi 416 m² (hər mərtəbəsi 208 m²) olan ikimərtəbəli 7 otaqlı evin 2-ci mərtəbəsində 4 otağın yanar konstruksiyaları və dam örtüyü 208 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.