Lerikdə ot bağlanması yanıb, bir nəfər yanıq xəsarəti alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, rayonun Büzeyir kəndində ümumi sahəsi 18 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 1 ton ot bağlaması yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.