Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda mənzillərin birində giriş qapısının açılmaması səbəbindən xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə edərək dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzilin giriş qapısını açıblar.

Mənzildə 4 nəfərin meyiti aşkar olunub.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

***

Bakıda mənzildə 4 nəfərin meyinin tapılması barədə Daxili İşlər Nazirliyi də məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, hadisə Nərimanov rayonunda yerləşən mənzillərdən birində qeydə alınıb.

Mənzilin sahibi polisə zəng edərək məlumat verib ki, kirayəyə verdiyi evin qapısı arxadan bağlıdır və nə qədər döysə də, qapını açan yoxdur.

Dərhal polis əməkdaşları həmin ünvana gedərək qapını açıblar. Bu zaman mənzildə 4 nəfərin meyiti aşkar edilib. Onların üzərində zorakılıq əlamətləri müəyyən olunmayıb.

İlkin məlumata görə, onların dəm qazından boğulduğu və ya qidadan zəhərlənərək öldüyü ehtimal edilir.

Qeyd edək ki, ölənlərin hamısı kişidir. Meyitlər aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

12.15

Bakının Nərimanov rayonunda yerləşən mənzillərdən birində 4 nəfərin meyiti tapılıb.

Teleqraf.com xəbər verir ki, ölənlərin hamısı kişidir. Onların dəm qazından boğulduqları ehtimal edilir və meyitlərin üzərində zorakılıq əlamətləri müəyyən olunmayıb.

Ölən şəxslər aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.