Balakən rayonunda cinayət hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə iyulun 25-də gecə saatlarında rayon ərazisində qeydə alınıb.

Rayon sakini, 1994-cü il təvəllüdlü aməddin Quliyev həmyerlisi, 1991-ci il təvəllüdlü İsrafil Sayılov tərəfindən bıçaqlanıb.

Daha sonra o, belin kəsilmiş-deşilmiş və qulağın kəsilmiş yaraları xəsarətləri ilə Balakən rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Balakən rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri zamanı İsrafil Sayılov tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.