Zaqatala rayon sakini Eyvaz Mahmudovun müraciəti nəzarətə götürülüb.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Zaqatala rayon sakini Eyvaz Mahmudov iyunun 28-də Baş prokuror Kamran Əliyev tərəfindən Zaqatala rayon prokurorluğunda qəbul edilməklə qızı Rəna Ramazanovanın vəfat etməsi faktı ilə bağlı aparılan araşdırma üzrə müraciəti nəzarətə götürülüb.

Araşdırma zamanı müvafiq ekspertiza təyin olunub.

Nəticəsindən asılı olaraq qanuni qərarın qəbul edilməsi təmin ediləcək.

Qeyd edək ki, ötən ay 26 yaşlı Rəna Ramazanovanın doğuşdan sonra Zaqatala Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.