Abşeron rayonunda quldurluq edən şəxslər saxlanılıb.
Teleqraf.com xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib.
Xırdalan şəhəri ərazisində Bakı şəhər sakini T.Səfərova zor tətbiq edərək mobil telefonunu və 30 manatını alıblar, bıçaqla ayaq nahiyəsinə xəsarət yetiriblər.
Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Şamaxı rayon sakini K.Əhmədov və Ağdam rayon sakini V.Kərimov saxlanılıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.