Balakən rayonunun Qazbinə kəndində yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, rayon sakini Kərim Qaracayev idarə etdiyi “VAZ-2101” markalı avtomobili ağaca vuraraq aşırıb.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.