Sabirabadda evdə yanğın hadisəsi baş verib.

Bunu Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildiriblər

Sabirabad rayonunun Ətcələr kəndində ümumi sahəsi 117 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.