Lənkəranda intihara cəhd olub.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran şəhərində intihara təşəbbüs edən şəxsin xilas olunması üçün müraciət daxil olub.

FHN-nin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Xilasedicilərin çevik və peşəkar müdaxiləsi nəticəsində vətəndaş son anda xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.