Daxili İşlər Nazirliyi Goranboy sakinin intihara cəhd etməsi barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, fevralın 9-da saat 16 radələrində Goranboy şəhər sakini S.Həsənov rayon İcra Hakimiyyətinin qarşısında üzərinə yanacaq tökərək özünü yandırmağa cəhd göstərib.
Polis əməkdaşlarının çevikliyi sayəsində onun bu cəhdinin qarşısı alınmış, lakin bu zaman iki polis əməkdaşı yüngül dərəcəli yanıq xəsarətləri alıblar.
S.Həsənov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
Polis əməkdaşlarına xəstəxanada ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.