Abşeron rayonunda yol-nəqliyyat hadisəsi olub.
Teleqraf.com xəbər verir ki, hadisə oktyabrın 11-də saat 4 radələrində Xırdalan şəhəri ərazisində qeydə alınıb.
Şəhər sakini A.Hüseynov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən həmyerlisi, əvvəllər məhkum olunmuş Asəf Rüstəmovu vurub.
Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Faktla bağlı Abşeron rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.