Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Kamal Cəfərovu vurub.
Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.