Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Digah qəsəbəsi ərazisində qəsəbə sakini N.Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Elman Xanalıyevi vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Abşeron rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.