Sumqayıt şəhəri Novxanı bağlar massivində 60-70 yaşlarında boyu 163 santimetr olan naməlum kişi meyiti aşkar edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Aparılan ilkin araşdırmalar zamanı onun şəxsiyyətinin müəyyən edilməsi mümkün olmayıb.
Şəxsiyyəti istintaqa məlum olmayan şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə və Sumqayıt Şəhər Polis İdarəsinə (012) 654-02-022 və (055-730-85-77) nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
