Mayın 24-də Masallı rayonunun Gəyəçöl kəndi ərazisində yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, M.Qasımov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən kənd sakini Füzuli Məmmədovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.