Bakının Binəqədi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, 1961-ci il təvəllüdlü Yusifova Şirin Məhərrəm qızı yolu keçmək istəyərkən avtomobillə vurulub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ mil sümüyünün boyun sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.