Sabirabad rayonunun Qaratəpə kəndində ümumi sahəsi 112 m² olan tavanı qamışdan ibarət birmərtəbəli evin yanar konstruksiyaları 97 m² sahədə yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.