Abşeron rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, aprelin 15-də “AAAF Park” yaşayış kompleksindəki binalardan 1000 manat dəyərində naqil və təmir-tikinti alətlərini oğurlanıb.

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakinləri M.Salamov və S.Bağırlı saxlanılıblar.