Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Nizami kəndi ərazisində rayon sakini S.Mehdiyevin idarə etdiyi “VAZ-21154” və Bakı şəhər sakini B.Hacıyevin idarə etdiyi “KİA” markalı avtomobillər toqquşub.

Nəticədə S.Mehdiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, B.Hacıyev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.