Bakının Qaradağ rayonunda yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, Qobustan qəsəbəsi ərazisində Bakı şəhər sakini R.İbrahimov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini K.Nəcəfzadəni vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsində araşdırma aparılır.