Siyəzən rayonunda silahlı insident olub.

Teleqraf.com xəbər verir ki, Siyəzən rayon polis şöbəsinə fevralın 10-da Qərəh kəndi ərazisində kənd sakini R.Şıxəliyevin xuliqanlıq zəminində Xızı rayon sakini C.İslamov istiqamətində ov tüfəngindən atəş açması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Şıxəliyev saxlanılıb.

Ondan müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.