Bakının Yasamal rayonunda yol qəzası törədən şəxs müəyyən olunub.

Teleqraf.com xəbər verir ki, Yasamal rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 1-də Bakı şəhər sakini S.Hüseynovun xəsarət alması ilə nəticələnən yol qəzası törədilib.

Hadisə yerindən yayınmaqda şübhəli bilinən “Hyundai” markalı avtomobilin sürücüsü, paytaxt sakini Ç.Əliyeva müəyyən edilib və saxlanılıb.