Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavini Elmira Ağayeva dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, E.Ağayevanın ölüm səbəbi bilinmir.
Məlumata görə, dövlət məmuru qəfil vəfat edib.
Qeyd edək ki, Elmira Ağayeva Şirvan şəhər İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini icra edirdi.