Goranboy rayon polis şöbəsinə müraciət edən Gəncə şəhər sakini Ç.Nəbiyev noyabrın 18-də Dəliməmmədli şəhəri ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsinin Dəliməmmədli şəhər sakini Q.İmanov tərəfindən qaçırılması, habelə Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətməsi müəyyən edilib.

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Q.İmanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.