Zaqatala rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Suvagil kəndi ərazisində kənd sakini Samir Turacov idarə etdiyi “VAZ-21011” markalı avtomobili yolun kənarına aşırıb.

Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü ölüb, 3 sərnişinin vəziyyətləri qənaətbəxşdir.

Faktla bağlı Zaqatala rayon polis şöbəsində araşdırma aparılır.