BAKI, 4 iyun. TELEQRAF

ESPN idman portalı 2026-cı il dünya çempionatında iştirak edəcək 21 yaşadək futbolçular arasında ən yaxşıların reytinqini tərtib edib.

Teleqraf xəbər verir ki, siyahının ilk pilləsində İspaniya millisinin və “Barselona”nın vingeri Lamin Yamal yer alıb.

İkinci sırada Türkiyə yığmasının və Madrid “Real”ının yarımmüdafiəçisi Arda Gülər, üçüncü pillədə isə Portuqaliya millisinin və PSJ-nin futbolçusu Joau Neveş qərarlaşıb.

DÇ-2026-nın ən yaxşı 10 gənc futbolçusu:

1. Lamin Yamal (“Barselona”, İspaniya) – 18 yaş
2. Arda Gülər (“Real Madrid", Türkiyə) – 21 yaş
3. Joau Neveş (PSJ, Portuqaliya) – 21 yaş
4. Pau Kubarsi (“Barselona”, İspaniya) – 19 yaş
5. Niko Pas (“Komo”, Argentina) – 21 yaş
6. Dezire Due (PSJ, Fransa) – 21 yaş
7. Kenan Yıldız (“Yuventus”, Türkiyə) – 21 yaş
8. Uorren Zair-Emeri (PSJ, Fransa) – 20 yaş
9. Lennart Karl (“Bavariya”, Almaniya) – 18 yaş
10. Yan Diomande (“Leyptsiq”, Kot-d’İvuar) – 19 yaş.

Qeyd edək ki, reytinq ümumilikdə 21 futbolçunu əhatə edir. Siyahının son pillələrində Mərakeş millisinin üzvü Ayub Buaddi və Norveç yığmasının futbolçusu Antonio Nusa qərarlaşıb.