BAKI, 16 may. TELEQRAF

“Barselona”nın hücumçusu Robert Levandovski komandadan ayrılacağını açıqlayıb.

Teleqraf xəbər verir ki, polşalı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Təcrübəli forvard Kataloniya klubundakı dönəminin başa çatdığını bildirib:

“Missiyamı tamamlanmış hiss edirəm. 4 mövsüm, 3 çempionluq. İlk gündən bəri “Barselona”da gördüyüm sevgini heç vaxt unutmayacağam. Kataloniya bu dünyadakı yerimdir. “Barselona” layiq olduğu yerə qayıtdı. "Visca el Barça, Visca Catalunya”.

Qeyd edək ki, Levandovskinin “Barselona”dakı gələcəyi son günlər İspaniya və Polşa mətbuatında geniş müzakirə olunurdu. Onun müqaviləsinin yayda başa çatacağı və klubdan rəsmi yeniləmə təklifi almadığı bildirilirdi.

Bu mövsüm 44 matçda meydana çıxan Robert Levandovski 18 qol vurub və 4 məhsuldar ötürmə edib.