BAKI, 16 aprel. TELEQRAF

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşündə “Bavariya” “Real Madrid”i məğlub edib - 4:3.

Teleqraf xəbər verir ki, dramatik keçən görüşdə Madrid təmsilçisinin türk futbolçusu Arda Gülər rekord qırıb.

Çempionlar Liqasında "Real Madrid"lə ilk qolunu vuran Gülər, eyni zamanda turnir tarixində tarixində ən sürətli qola imza atıb.

Belə ki, Türkiyə millisinin üzvü cəmi 35 saniyədə hesabı açıb.

Qeyd edək ki, Arda qarşılaşmada dubl edib. 21 yaşlı futbolçu 1-ci və 29-cu dəqiqələrdə fərqlənib.