BAKI, 6 aprel. TELEQRAF

“Barselona”nın və Braziliya millisinin sabiq yarımmüdafiəçisi Ronaldinyo “İnter Mayami”nin və Argentina yığmasının hücumçusu Lionel Messinin hazırkı forması barədə danışıb.

Teleqraf xəbər verir ki, braziliyalı əfsanəvi futbolçu Messinin hələ də dünyanın ən yaxşısı olduğunu bildirib.

“Leonun çox öhdəlikləri və məşqləri var. Amma hər dəfə birlikdə vaxt keçirmək imkanımız olanda bu, böyük zövq verir. O, hələ də dünyanın ən yaxşı futbolçusudur. Ümid edirəm ki, dünya çempionatına əla formada yollanacaq və özünü ən yüksək səviyyədə göstərəcək”, – deyə Ronaldinyo “Ole” nəşrinə müsahibəsində qeyd edib.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun -19 iyul tarixlərində keçiriləcək.