YEVLAX, 5 aprel. TELEQRAF
Azərbaycan Premyer Liqasının XXVI turunda “Kəpəz” və “Qəbələ” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan qarşılaşma “qırmızı-qaralar”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim Vüqar Həsənlinin idarə etdiyi görüşün 74-cü dəqiqəsində qonaqların futbolçusu İsmael Akinade fərqlənib. 15 dəqiqə sonra isə Domi Massumo hesab arasındakı fərqi artırıb.
Bu nəticədən sonra Kaxaber Tsxadadzenin kollektivi 19 xalla turnir cədvəlinin 11-ci, Azər Bağırovun komandası isə 21 xalla 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, günün növbəti matçında “Neftçi” “Sumqayıt”ın qonağı olacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 18:00-da start götürəcək.