BAKI, 24 fevral. TELEQRAF
Azərbaycan Premyer Liqasında XIV turdan təxirə salınmış “Qəbələ” – “Turan Tovuz” oyunu keçirilib.
Teleqraf xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim Cavid Cəlilovun idarə etdiyi görüşdə qolları Alexandro Serrano (9), Filip Ozobiç (18) və Seydina Keyta (47, ö.q) vurublar.
Bu nəticədən sonra Kurban Berdıyevin rəhbərlik etdiyi “bozqurdlar” xallarını 40-a çatdıraraq turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu “qırmızı-qaralar” isə 15 xalla 10-cu pillədə yer alır.
Xatırladaq ki, qarşılaşma 2025-ci il dekabrın 8-də keçirilməli idi. Lakin oyun 24-cü dəqiqədə qatı duman səbəbindən yarımçıq dayandırılaraq təxirə salınmışdı.