BAKI, 22 fevral. TELEQRAF

İspaniya La Liqası XXV turun “Osasuna” – “Real Madrid” (2:1) qarşılaşmasında ev sahibinin azarkeşləri tərəfindən Vinisius Juniora qarşı səsləndirilən təhqiramiz şüarları araşdırır.

Teleqraf xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Məlumata görə, azarkeşlərin braziliyalı vingerə ünvanladığı “Vinisius, öl!” şüarı xüsusi analiz edilir.

Bundan əlavə, tribunalardan futbolçunun 2024-cü ildə “Qızıl top”u ala bilməməsinə işarə edən “Vinisius, çimərlik topu” şüarları və müxtəlif təhqirlər eşidilib. Vinisius təzyiqlərə baxmayaraq, matçın 73-cü dəqiqəsində qol vurmağı bacarıb.